Ölkənin 16 şəhər və rayonunda pandemiya səbəbindən sərt karantin rejimi tətbiq olunduğu, Tovuz istiqamətində döyüşlər getdiyi bir zamanda "Azərişıq" ASC-nin Sabunçu idarəsi abonentləri hədələməyə başlayıb.
Hit.Az-ın xəbərinə görə, işıq idarəsinin əməkdaşları bir-bir mənzillərin qapılarına xəbərdarlıq elanları yapışdırır.
Elektrik enerjisi borcu haqda qəbzi bir həftədir alan abonentlərə, üstəlik, külli miqdarda borcu olmayan vətəndaşlara son xəbərdarlıq edildiyi bildirilir.
Abonenti təhdid edirlər ki, 1 gün ərzində tam ödəniş etməsə, elektrik enerjisi kəsiləcək.
ASC-nin Sabunçu idarəsi hər ay bu hədə dolu xəbərdarlığı edir.