Dünəndən “Whatsapp”da “qardaşlar, səfərbərlik elan olundu, 812-ci diviziyanı vurdular, dağıtdılar, əsgərlərimiz öldü, generalımız öldü”,- deyə ağlayaraq, insanlar arasında panika yaradan şəxsin ictimailəşdirilən videosundan da aydın görünür ki, o, əsl təxribatçıdır.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
E.Zahidov qeyd edib ki, həmin şəxslə bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri tərəfindən qınağa tuş gələn "Reşad Mamedov" adlı istifadəçi status yazaraq, “mən azərbaycanlıyam, sadəcə hissə qapıldım”,- deyə özünə bəraət qazandırmağa çalışıb.
Modern.az