Dünyanın ən bahalı və ucuz ölkələri: Siyahıda Azərbaycan da var

ÖLKƏ
19:25 / 16.07.2020
1304

Dünyanın ən bahalı və ucuz ölkələrinin siyahısı hazırlanıb.

"Numbeo" araşdırma agentliyinin hazırladığı siyahıda yaşamaq üçün şərait müəyyən edilib.

Keçmiş Sovetlər Birliyindən Qırğızıstan 135 ölkənin olduğu siyahıda 133-cü yerdə dayanaraq ən ucuz ölkələrdən olub. Burada o, ancaq Hindistan və Pakistandan sonradır.

Rusiya siyahıda 107-ci yerdə dayanır. 106-cı yerdə Ermənistan, 108-ci yerdə isə Moldovadır.

Belarusda həyat daha ucuzdur - 112-ci yer. Azərbaycan siyahıda 115, Ukrayna 121, Gürcüstan 123-cü yerdə qərar tutub.

Keçmiş SSRİ-dən ən bahalı ölkə kimi Estoniya göstərilir. O, siyahıda 52-ci yerdədir. Latviya və Litva isə 58 və 69-cu yeri tutur.

Dünyanın ən bahalı ölkələri isə Bermud adası, İsveçrə, Norveç, İslandiya və Yaponiya olub. Ümumilikdə reytinqə 135 ölkə daxil edilib. Həyatın baha və ya ucuzluğu əhaliyə göstərilən xidmət və malların qiymətinə görə hesablanıb.

 

0
Cebhe.info