Qarabağ aksiyasındakı bu zampolit kimin adından danışırdı?

ÖLKƏ
15:03 / 16.07.2020
1805

İyulun 14-də Bakıda keçirilən orduya dəstək yürüşü Azərbaycan xalqının, gəncliyinin Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Xüsusən də öncədən planlaşdırılmayan, heç bir təşkilatçısı olmayan və minlərlə insanın 30 km-dən artıq məsafədə yürüşünün dinc məcrada davam etməsi diqqət çəkdi.

Bununla belə, bu spontan aksiyanın Ermənistanla döyüşlər fonunda baş tutması, mövzunun Qarabağ, aksiya iştirakçılarının böyük çoxluğunun çılğın gənclər olması onu xüsusi ilə həssas edirdi.

Təsadüfi deyil ki, bu aksiyadan öz şəxsi və qrup maraqları üçün istifadə cəhdləri də oldu. Kimisi şou göstərib, özünü reklam etmək, kimiləri də təxribat törədib siyasi maraqlarını təmin etmək istədi.

Aksiyadan edilən canlı yayımların birində isə diqqətimizi Müdafiə Nazirliyinin idarə rəisi  Rasim Əliyev çəkdi. Görəsən ora niyə getmişdi? Amma etdiyi nəydi? Belə bir həssas aksiyada işinin öhdəsindən gələ bildimi? Nazirliyin və rəhbər şəxslərinin ünvanına neqativ şüarlar səsləndirilir, o isə cavab vermir. Ümumiyyətlə, 2 cümləni ard-arda tələffüz edə bilmir.

Aksiya ilə ünsiyyəti qurmaq əvəzinə 2-3 gənci başına yığıb, pıçıldaşır, daha sonra isə kameralara poz verir, amma yenə nə danışdığı, nə demək istədiyi anlaşılmır. Rabitəsiz cümlələr...

Sən ora niyə getmişdin, "zampolit"?


Aslan

HİT.Az
 

1