Bölmələrimizin erməni kəndlərini D-30 toplarıyla atəşə tutması xəbəri yalandır - MN

ÖLKƏ
15:53 / 16.07.2020
914

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

HİT.Az xəbər verir ki, onun sözlərinə görə, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır: “Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.

0