Ermənistanın hərbi klinikaları yaralılarla DOLUDUR

ÖLKƏ
17:27 / 16.07.2020
3210

Ermənistan ordusu Tovuz istiqamətində yol verdiyi təxribat zamanı Azərbaycan Ordusunun ciddi əks-zərbələri ilə üzləşiblər.

Ermənistan KİV-ləri xəbər verir ki, hazırda ölkədəki hərbi tibbi müəssisələri – hospital və xəstəxanalar çoxsaylı yaralılarla doludur.

Bunun sübutu olaraq, baş nazir Nikol Paşinyanın Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalını ziyarət etməsini misal çəkmək olar. Burada müalicə alan çoxsaylı erməni hərbçilərini ziyarət edən Paşinyan bundan sonra, daha 2 başqa hərbi klinikada yaralı hərbçiləri ziyarət edib.

Yaralı sayının çoxluğu yaxın zamanlarda düşmən ordunun yeni itkiləri ilə bağlı məlumat yayacağından xəbər verir.

4
Modern.az