Azərbaycanda pandemiya dövründə 140 əkiz doğulub

ÖLKƏ
01:58 / 16.05.2020
1147

Azərbaycanda pandemiya dövründə doğulan uşaqların sayı açıqlanıb. Bu barədə Hit.Az -a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu günədək 12566 doğum qeydiyyatı rəsmiləşdirilib. Dünyaya gələn uşaqların 6793-ü oğlan, 5773-ü qız, 140-ı əkiz, 6-sı üçəm olub.

0