Milli birlik fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti - Rəsulzadənin tərcüməsində

ÖLKƏ
14:22 / 17.07.2020
2614

Ötən həftə Azərbaycan milli dövlətinin yaradıcısı, böyük lider və mütəfəkkir Məmməd Əmin Rəsulzadənin Cəmaləddin Əfqaniyə aid »Səadətin altı guşəli qəsri«nin tərcüməsini oxucularımıza təqdim etmişdik.  Bu dəfə də yenə C. Əfqaniyə aid olan və  M.Ə. Rəsulzadə tərəfindən tərcümə edilən »Vəhdəti cinsiyyə fəlsəfəsi« (»Milli birlik fəlsəfəsi«) adlı çalışmanı təqdim edirik. Qeyd edək ki tərcümə 1912-ci ildə ərəb əlifbasıyla »Türk Yurdu« (Təşrini-Sani, 1328, il 2, sayı 2, ss. 45-55) dərgisində nəşr edilib.

Türkiyənin Qırıqqala Universiteti İslami Elmlər fakültəsinin müəllimi, İlahiyyat elmləri doktoru, dosent Şahin Əhmədoğlu »Vəhdəti-cinsiyyə (irqiyyə) fəlsəfəsi və ittihadi-lisanın mahiyyəti-həqiqiyyəsi«nin tərcüməsini transfonoliterasiya edərək sadələşdirib, tərkib və kəlmə mənalarının izahını verib.

 Şeyx Cəmaləddin Əfqani

Vəhdəti-cinsiyyə (irqiyyə) fəlsəfəsi və ittihadi-lisanın mahiyyəti-həqiqiyyəsi

(Milli birlik fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti)

Mütərcim: M. Ə. Rəsulzadə

Mərhum Şeyx Cəmaləddin Əfqani, şərqin pək iləri düşünən mütəfəkkir dahilərindəndir. İslamiyyət aləmində milliyyətin ifa edəcəgi vəzifəyi daha çox zaman əvvəl anlamış və anlatmağa çalışmışdır. “Türk Yurdu” mərhum müşarün-ileyhdən (C. Əfqani) bir qaç kərə bəhs etmiş və türk mütəfəkkirlərindən olduğunu göstərmişdir. “Məqalati-Cəmaliyyə” ünvanıyla farisi olaraq Hindistanda nəşr olunan məcmuei-məqalatından (məqalələr toplusu) lisan və milliyyətə dair olan atidəki (burada aşağıdakı) məqaləyi əhəmiyyəti-fövqəladəsinə binaən tərcümə ediyoruz. Digər məqalati-mühimməsini (mühim məqalələrini) sürəsi gəldikcə tərcümə ve möhtərəm qariə və qare`lərimizə (oxucularımıza) ərz edəcəyiz.

“La səadətün illa bi-l-cinsiyyə və la cinsiyyətün illa bi-l-lügəti və la lügətun ma-ləm yəkün haviyyətün li-külli ma-təhtâcü iləyhi təbəqatün ərbabü-s-sinaati və-l-xıtəti fi-l-ifâdə və-l-istifâdə.”*

Məqalənin mündəricatını təlxis (xülasə) edən işbu düstur ərəbcə olaraq məqalənin ilk cümləsini təşkil edir ki mənası budur: cinsiyyət xaricində səadət yoxdur, lisanımızda cinsiyyət olmaz bilcümlə təbəqa və əsnafın ifadə və istifadəsini təmin etməyincə bir lisan da təqərrür (bərqərar) etməz.

Nəzəri-tədqiqatla baxılırsa, insanın təsiratı mütəzad (bir-birinə zid) bir taqım ünsürlərdən və şəkil və mahiyyətə yekdigərinə mütəbayin (bir-birinə zidd, uyğun olmayan) olan ünsürləri ruhi-həyat (ruhi, mənəvi həyat) birləşdirmiş, kəndilərinə bir şəkli-vahid (bir şəkil) vermiş, müxtləif təsirlərini bir məqsəd yolunda -məqsədi-külldür- işlətmiş; ziddiyyətlərini heyəti-məcmuənin (cəmiyyət, heyət) xadimi qılmış; mütəbayin hərəkətlərini müəyyən bir nəticəyə toplamış, hər üzvə birər vəzifə təhmil (yükləmiş) etmiş, həyatı mucib (gərəkli) olan müvafiq məvaddın (malın) cəlbi, iltisaq (birləşmə) və etilafə (ittifaq, birlik) müzürr (zərərli olan) olan müxalif xüsusatın dəf`i içün bilcümlə quvai-zahirə və batinəyi (zahiri və batini güclər) qullanmış və bu surətlə meydani-həyatda bir zaman paydar (möhkəm, davamlı) ola bilən, bir çox müxtələfatın məcmui (cəmi) bir vəhdəti-şəxsiyyə, yəni bir insan xəlq etmişdir.

Ruhi-həyatı kəsbi-qüvvət (güc, qüvvət əldə etmək) etdikcə, məzkur mütəbayin və mütəzad (bir birinə zid) olan ünsürlərin daha ziyadə itilafpəzir (uyğunlaşmaq) olması, hərəkati-müxtəlifənin (müxtəlif hərəkətlərin) nəticəyə varmaq üzrə əqd eylədikləri ittihadın təzayüd (çoxalmaq) olmasından maəda (-dən başqa) ruhi-həyatın qüvvei-cazibəsi (cazibə qüvvəsi) sayəsində hətta xaricdə bulunan digər həyati-cüzlər dəxi daxildəki ənasirə iltihaq edərək dəröhdə (öhdəsinə almaq) etmiş olduqları vəzifələrin ifasında onlara müavənət (kömək, yardım) edərlər. Ruhi-həyat tənaqüsə (azalma, əksilmə) yüz tutunca: yavaş yavaş ənasiri-müxtəlifənin (müxtəlif ünsürlərin) itilafı da tənaqüs edər və ittihad ixitilafa münqəlib (dönüşür) olur. Nəhayət bir az zaman zərfində müttəhid (müttəfiq) olan məzkur ünsürlər təmamilə dağılır və heyəti-məcmuəyi təşkil edən insan da yox olur, gedər.

Vəhdəti-şəxsiyyənin (şəxslər birliyinin) mövcudu bu, zəvalının (çöküşünün) mucibi (səbəbi) də budur.

Vəhdəti-şəxsiyyədən sonra ailə vəhdəti gəlir. (Şeyx buna vəhdəti-biniyyə (görüş, fikir vəhdəti) deyür-mütərcim) ailə vəhdətinin ruhi-həyatı qərabəti-xassədir (xüsusi bir yaxınlıq). İşbu cəhət camiyyəti-təbayü`cə (təbəə cəmiyyəti) müxtləif həvəslər bəsləyən və əfalcə yekdigərlərinə mütəbayin olan mütəəddəd (çox sayıda) əşxası (şəxslər) təvafüq etdirərək bəqai-külli (bütün gələcəyini) müstəlzəm (tələb olunan) bir nəticei-vahidənin (vahid nəticə) istehsalına çalışdırıyor: hər kəs heyəti-məcmuənin həqiqətdə kəndi ehtiyaclarından olan birər xidmətini can ü dillə ifa ediyor.

Qərabət (yaxınlıq) bir az təbaüd (uzaqlaşmaq) edincə ailə vəhdəti də aradan kalkıyor. Onun yerinə isə, mütəəddəd ailələrin və bir çox evlərin irtibatdan hasil olan əşirət vəhdəti qonuyor. Şu heyəti-ictimaiyyənin ruhi-həyatı qərabəti-mütləqədir (mütləq yaxınlıq). Qərabəti-mütləqə, mütəəddəd ailələrdən və ocaqlardan təşkil edən əşirəti-tövhid (əşirət birliyi), mənafe`i-ümumiyyəyi (ümumi mənafe) istehsal, məzərrati-müştərəkəyi (ortaq zərərləri) dəf içün digər əşirətlərlə müsabiqəyə, şan və şövkət iktisabına (əldə etmək), digər təvaiflə (tayfalar) rəqabətə, daima bir təfəvvüq (üstün olmaq) və məziyyət aramaya sövq edər.

Nəhayət birər əşirətdən ibarət olan bu vahidlər bir vəhdəti-cinsiyyə (Şeyx, cinsiyyət kəlməsiylə milliyyət vəya irq mənasını murad ediyor-mütərcim) təşkil ediyorlar ki bunun vəhdəti-lisandan (dil birliyi) başqa bir mahiyyəti-mümtazəsi (seçkin mahiyyəti) və ruhi-həyatı yoxdur. Vəhdəti-lisan, heyrətəngiz bir vəsileyi-rabitədir (rabitə, əlaqə səbəbidir).

Vəhdəti-lisan, qərəzləri müxtəlif əşirətləri, məqsədləri mütənəvve` (müxtəlif) qəbilələri cinsiyyət (milliyyət) sancağı altına toplayaraq məqsədə sövq edən yeganə vəhdətdir. Bu vəhdətdir ki mənafei-ümumiyyəyi (ümumi mənafe) cəlb, məzərrati-müştərəkəyi dəf etmək üzərə bir irqin mütəfərriq (fərqli) qüvvətlərini müttəhid və müttəfiq qılur, müzahərəti-mütaqabilə (qarşılıqlı yardımlaşma) və təavün (kömək) əsaslarını mətinləşdiriyor. Səadəti-ümumiyyəyi istehsal içün bir çoxlarını yekdil və yekzəban ediyor. Böyük bir xəlqi yeni bir həyati-milliyə (milli yaşam) ilə ehya edərək kəndilərinə istiqlal veriyor.

İnsanlar arasında dairei-şümulı (əhatə dairəsi) vase` (geniş) olub bir çox əfradı yekdigərinə mərbut (bağlayan) qılan iki rabitə vardır: biri-vəhdəti-lisan (dil birliyi). Digər təbirlə cins vəya vəhdəti-cinsiyyə (milli birlik). Digəri-din. Vəhdəti-lisanın, yəni vəhdəti-cinsiyyənin (irqin, milliyyətin), heç şübhə yoxdur ki, dünyadakı bəqa (gələcəyi) və səbatı (möhkəmlilik) dindən daha davamlıdır.  Çünkü az bir zamanda dəyişməz. Halbuki ikincisi böylə deyildir. Lisani-vahid (tək bir dil) üzrə qonuşan irqi görürüz ki bin sənəlik bir müddət zərfində vəhdəti-lisandan ibarət olan cinsiyyə bir xələlt(d)arı olmadan (xələl gətirmədən)  iki üç dəfə təğyiri-din (din dəyişdirmə) ediyor. Deyə bilərüz ki ümuri-diniyyədə (din işlərində) vəhdəti-lisan mərbutiyyətinin (bağlılıq) təsiri din mərbutiyyətindən daha qutludır. Bunun icündür ki xristiyan bir yunanlı bütpərəst Əflatun, Aristo və Baqratla mərbutiyyətindən dolayı təfaxür (fəxr etmə) edər. Halbuki hindli bir xristiyanın vəhdəti-diniyyəsindən dolayı xristiyan Nyuton və Qaliley ilə ifitxarı heç də şayəstə (layiq) deyildir. Mahiyyəti vəhdəti-lisandan ibarət olan cinsiyyət vəhdəti get-gedə əcnəbiləri dəxi kəndi dairəsinə idxal edərək işbu vəhdətlə müttəsif (təsvir edilmiş, xarakterizə edilmiş) olan müxtəlif əşirətləri qutlandırıyor və digər irqlər meyanında qədr ü qiymətlərini təyin ediyor, şan və şövkətlərini yabancı qəbilələrə də qəbul etdiriyor. Vəhdəti-məzkurə (adı çəkilən birlik) ilə müxtəlif əşirətlər bu dərəcəyi ihraz (əldə etmək) etdikdən sonra mücətmei-qüvvətləri (güclü cəmiyyətləri) sayəsində dünyada səadət deyə qəbul olunan bilcümlə xüsusatda müvəffəq olurlar.

Vəhdəti-cinsiyyə bütün bu məziyyətlərə, ancaq tövhidi-əfradı (fərdlərin birliyi) mücib (gərəkli) olan lisanın, irqin mühafizə və siyanətinə (himayə) kafi gəlməsiylə haiz ola bilir. Müəyyən bir irqə mənsub olan təbəqati-müxtəlifənin ifadə və istifadəsini təmin edəmiyən bir lisan məzkur irqin təmamiyyətini mühafizə edəməz. Çünkü digər millətlərlə mücavir (qonşu) olan, onlarla mübadəlat (mübadilələr) və müaməlatında (münasibət, davranış) bulunan bir millət, bəşəriyyətin ərkanını, mədəniyyətin əssaslarını təşkil edən təbəqələrə malik olmayınca qabil deyil kəndi cinsiyyətini mühafizə, məzaya (üstünlük, vəsf) və hüququnı istehsal edəməz. Təbəqati-məzkurə isə: mədəniyyətin ülumi-nafiəsəni (yararlı elmlər) nəşr edən amillər, heyəti-icitimaiyyədə fünuni-nafiəyi (faydalı fənlər) yerləşdirən fazila (fəzilət sahibləri) və müxtəri`lər (ixtiraçılar), hüququ hifz edən siyasilər, ədaləti təmin edən hüquqşünaslar, ixitlafı təhzib (düzəltən) edən vaizlər, lətif və şairanə kəlmələrlə uyumuş himmətləri (çalışma, səy) təhrik (hərəkətə gətirən) və xəlqin səcayasını (səciyyə, xarakter) qüvvətləndirən ədiblər və şairlər, sənətlərini fənnin əsasları üzərinə vəz` edən (danışan) əsnaflar, ərazisini ziraət (kənd təsərrüfatı) fənni üzrə əkən zari`lər (kəndlilər) və məmləkətin məbanii-iqtisadiyyəsi (iqtisadi mənbələri) üzərinə təməl quran tüccarlardan ibarətdər. Bir millətdə təbəqati-məzkurə mövcud olmazsa ehtiyacat və zəruriyyat həyati-əfrad (fərdlərin hayatı) arasında mövcud olan riştei-ittihadı (birlik bağlarını) qırar. Milliyyət inqirazə (çöküş) doğru gedər, əfrad da digər millətlərə iltihaq (yönəlmək) edərək yeni bir cinsiyyətlə meydanə çıxarlar. Təbəqati-məzkurənin (zikr edilən təbəqələrin) təqərrür (bərqərar) və davamı da ancaq lisani-milliyənin məzkur milliyyətə mənsub olan əsnaf və ərbabi-sənaye`in (sənaye sahibləri) möhtac olduqları istilahati-lazimənin (lazım olan istilah, termin) ehtivasıyla qabil olur. Çünkü mükəmməl bir ifadə və istifadə olmayınca sənətlər də mövcud olmaz. İstilahati-lazimə və kəmalati-zəruriyyəyi (çox zəruri olan) ehtiva etməyən bir lisanla ifadə və istifadənin imkanı isə möhaldir (qeyri-mümkündür).

Nətaici-irqiyyəyi (milli nəticələri) təqdir edən alimlərin ilk vəzifələri kəndi lisanlarının tevsiindən (genişliyindən) ibarətdir. Bu xüsusda öhdələrinə tərəttüb (düşən)  edən birinci vəzifə də müxtəlif təbəqələrin sənətləri iqtizası (ehtiyacı) olan mütəəddəd kəlmə və tərkibləri mənayi-əslisinin (əsl mənasının) münasibətini nəzərə alaraq istemal etmək və bəzən iki yaxud üç kəlməyi tərkib edərək heyni-zərurətdə (zərurət anında) qullanmaqdır. Kəndi lisanlarıyla münasibəti-tamməsi (tam münasibəti) olan digər lisanlardan dəxi ehtiyac və zərurət iqtiza etdikcə kəlmələr alabilirlər və artıq çarə qalmadığı vəqt beqədri-lüzum (lazımınca, ehtiyacı olduğu qədər), əcnəbi lüğətlərdən istianə (yardım, kömək) cəhətinə gedə bilirlər; fəqət məzkur lüğətləri kəndi lisanlarının kisvəsinə sarmaq şərtdir, o qədər ki yabancı olduqları anlaşılmasın. Milliyyət məzayasına (üstünlük, vəsf) arif olanlar böylə yaparlarsa mənsub olduqları millətin təbəqati-sənayesi (sənaye təbəqələri) əsaslarını təhkim etmiş olurlar. Təbəqati-sənaye istehkam (mökəmlənmək) peyda edincə, şübhəsiz ki məzkur millət, vəya irq, ə`la (üstün, ali) dərəcei-kəmalə (kamillik dərəcəsi) ərər, əfradı da insaniyyətin bilcümlə səadətlərini istehsal edərlər.

Təqriratımızdan (söylədiklərimizdən) cinsiyyət mənasını bilən və məzayasına (məziyyətlərinə, xüsusiyyətlərinə) arif olanlarca təbəqati-milliyyənin fünün və və sənayii təlim və təəllümi (öyrənmək), ifadə və istifadəsinin həp lisani-milli üzrə olması lüzumı və böylə olunca irqin qüvvət bulması və səadətin irqi-əfradına (milli fərdlərinə) nəsib olacağı anlaşıldı, zənz edərim. Fəqət fikrimi ümumi-nasa (hamıya) anlatmaq üzərə mətləbimi digər bir təbirlə bəyan etmək istərim:

Elmlər, fənlər və sənətlər bir qövmin kəndi lisanınca təlim olunursa məzkur ülum və fünunın əsası onlar meyanında rasix (qüclü, qüvvətli) və sabit olur. Sənələrcə zail olmaz, hətta məzkur qövm siyasətən mönqəriz (çöküş) olsa bilə, mönqəriz olan övlad və əhfad (uşaqlar, nəsil) kəndi sələflərinin kitablarından istifadə ilə, ölmüş olan qövmiyyətlərini təkrar ihya edərək yeni bir izz (izzət) və şərəfə nail ola bilərlər. Halbuki, əksi olaraq, ülum və fünun əcnəbi bir lisanda təlim olunursa əksi bir nəticə hasil edər, az bir müddət zərfində, cüzi bir təbəddülat nəticəsində məhv olur gedər. İştə yunanilərin, bir çox qürun (əsrlər) sələfinin mürurundan (zamanından) və düçar olduqları inqirazdan (çöküş) sonra, hükəma (filosofları) və üdəbaları (ədibləri) əski yunan asarından (əsərlər) istifadə etdikləri halda, iranilər asari-məzkurədən bir faidə almıyorlar; halbuki Əşkaniyan zamanında, üç yüz sənəlik mədid (uzun) bir müddət zərfində İran adab və məarifi yunanicə olmuş, hətta padişahların fərmanları yunanca yazılmış və məskukat (sikkələr) da bu lisanda zərb edilmişdir.

Bundan maəda (başqa) ülum və məarif bir millətin kəndi lisanınca təhsil olunursa, öyrənməsi qolay olur, zehinlərə daha çabuq həkk olunur və daha gec silinər, qafalar ülümi-məzkurənin dəqaiqinə (dəqiqlik) daha fazla bir vüquf (əhəmiyyət verir) peyda edər, məsaili-elmiyyənin (elmi məsələlərin) künh (kök, əsas) və mahiyyəti tələbəcə daha ziyadə anlaşılır; bu sayədə dəxi alimlər, fazillər, sənaye ve fünun ərbabı çoxlaşır, millətin əfradı səadətmənd (xöşbəxt) olur. Sonra mədəniyyətin təsisi, cinsiyyətin təhkimi və vəhdəti-milliyyənin davamı içün bir millətin təbəqati-safiləsi (alt təbəqə) təbəqati-aliyəsinin (üst təbəqə) haiz olduğu məlumatdan bəhrəsiz olmamalıdır, o qədər ki ifazə və istifazə (feyz və bərəkət) mümkün olub da təavüni-həqiqi (həqiqi yardım) təqərrür (bərqərar) eyləsin. Çünkü təbəqei-safiləyə mənsub ərbabi-sənaye`in təbəqei-aliyyəyə (ali təbəqəyə) mənsub olanlarla külli bir rabitəsi vardır, təbii, kəndi sənətini kəmalə ərdirəməz. Təbəqati-aliyyəyə mənsub olan ərbabi-sənaye`in halı da təbəqatı-safiləyə (aşağı təbəqə) nisbətlə böylədir. Təbəqati-milliyyədən (milli təbəqələr) birinə bir nöqsan gəlirsə, külliyyət təşkil edən cinsiyyətə nöqsan gəlməməsi və heyəti-istimaiyyənin (cəmiyyət) sarsılması qabil deyildir. Xülasə bir millətin kəmali-mədəniyyət və idamei-mövcudiyyəti (varlığını davam etdirmə) ehtiva etdigi təbəqələrin yekdigərlərində olan ülum ve fünuna cüzi bir vüquf əldə etmələrilə qaimdir. Bu da ülum, fünun və məarifin millətin ahadını (avam) təşkil edən məzkur təbəqələrin lisanı üzrə təlimi ilə qabildir.

Söz buraya gəldigindən artıq Hindistanı nəzərə alaraq deyirəm ki; o hindlilər ki bəsirət tağının təpəsinə çıxmış, cinsiyyətin mənasını anlamış, məzayasını (üstünlük, vəsf) dərk etmişlər, durbini-tədəbbürlə (uzaqgörənliklə) mazi (keçmiş) və istiqabali (gələcəyi) görmüşlər, xordabini-təəmmüqlə (burada incəliklərinə qədər düşünməklə) millətlərin əhvalını tədqiq eyləmişlər. Əcaba nədən bu qədər mühim bir işdə təfəkkür etməyürlər də ehmal ediyor və bu xüsusda heç bir himmətləri (çalışma, səy) görülmiyor? Əcəba bilmiyorlarmı ki millətin bəqası ancaq təlim və təəllümün (öyrənmək) lisani-vətəni (milli dil) üzrə tədirisinə mütəvəqqifdir (dayanır)? Ülumi-cədidənin (yeni elmlərin) bütün aləmi ihata eylədigi, fününi-bədiənin kürrei-ərzi (yer kürəsi) qapladığını böylə bir zamanda şayani-əhəmiyyəti (əhəmiyyətli) elmi və fənni bir kitabın hind lisanına tərcümə edilmədiyi şayani-heyrət deyilmidir? İrqi-bəşərdən birinin kəndi lisanında mədəniyyətcə nafe` (faydalı) olan ülum və fünuna aid əsərlər olmayınca irqi-məzkurun bəqapəzir (davam etmək) olmayacağı nöqtəsindən qafilmidirlər? Lisani-milli tevsi`nin (burada inkişafı) bir millət üqəlasının (aqillər, elmli) əsasi-borclarından olduğını bilmiyorlarmı? Nədən ülumi-cədidəyi vətəni-lisanə, ələlxüsus, ümumiyyət təşkil edən, Urdu lisanına tərcümə etmiyorlar? Və nədən Urdu lisanına vüsət vermək üzərə Sanskrit, Mərhəni və Benqali kimi Urducaya yaxın lisanlardan istianət (yardım istəmək) etmiyorlar? Nədən hini-zərurətdə (zərurət anı) Urdu lisanının istikmalı (inkişafı üçün) üçün İngizicədən istifadə eyləmiyorlar? Ülumi-nafiə ve fünuni-müfidədə ustad olan İngilizlər sənələrdən bəridir ki Hindistanda hökmranlıq ediyorlar. Nədən Hindistan üləması onlardan faidəmənd (faydalanmaq) olmayur, İngiliz məarifindən vətənləri içün bir zəxirə (ehtiyat) təhsil etmiyorlar? Ülumi-məzkurəyi kəndi lisanlarına tərcümə etməyincə müstəfid (fayda) olmaları qabilmidir? Bir millətin ana lisanında olmayan məarifi-məzkur millət arasında nasıl təəmmüm (ümumi) edər? Əcnəbi bir lisan üzrə təqərrür (bərqərar) edən bir məarif nasıl paydar (möhkəm, davamlı) olur? Milli olaraq bir kitabı olmayan fəqət kitabxanasında binlərcə əcnəbi kitabları bulunduran bir adamın mədari-iftixarı nə ola bilir?  Digərinin mucibi-iftixarı olan bir şeyi aqil olan şəxs kəndisinə mucibi-iftixar (fəxr etmə səbəbi) ədd edərmi (sayarmı)? Başqa bir cinsiyyətlə təfaxür, aqilanə bir işmidir? Cahil və xəsis bir cinsiyyətlə təfaxür etmək kari-aqilmidir (ağıllı işdirmi)? Demək ki iftixar cinsiyyətlə olur, şərəfli olmaq şərtiylə. Ülum və məarif olmayınca şərəf də olamaz. Elm və məarif də ancaq ümumi olduğı təqdirdə bir millətin mucibi-şan və şərəfi ola bilir. Elm və məarif bir millətin kəndi lisanında təlim olunmazsa ümumiyyət peyda etməz. Əcəba, Hindistan üləması bilməyurlarmı ki ülum və məarif lisani-milli üzrə olursa qəzetələr vasitəsiylə, üləmanın müsahəbəti (fikir, görüş) və müaşirətilə (mədəniyyəti, ədəbi) da az bir zaman zərfində təəmmüm (ümumi)  edər və bütün vətən əhlinin gözlərini açar?

Təqrirati-məzkurəmizdən (açıqladıqlarımızdan), üləma, üməra (idarəçilər), tüccar, fəllah (əkinçi) hangi bir sənət və təbəqədən olursa olsun, hər bir hindlinin hindistan mövcud bilcümlə məkatibi-aliyyə (ali) və taliyədə (orta) tədrisatın Hind lisanı üzrə təlim etdirilməsi xüsusunda digər vətəndaşlarıyla ittifaq edərək eyləməsi lüzumı bütün vüzuhuyla (açıqlığı) anlaşldı. Əvət mədrəsələrdə tədrisat lisani-milli üzrə olmalı, bütün ülum və fünun Hind lisanına tərcümə edilməli, ta ki Hind cinsiyyəti paydar (möhkəm, davamlı) olsun, rifah və rahat yüzi görsün. Millətin fəvaidini (faydalarını) iktisab (əldə etmə) və məzayasını istehsal eyləsin. Hind üqəlasına (aqillər, elmli) (Man Bəhav)lar* kimi mevhum (xəyali) bir taqım xütutı (çizgi, yol) İsgəndər səddi tələqqi edərək elm və məarifin doğrı yolundan inhiraf (pozmaq) etmək heç də yakışmaz. Çünkü husni-niyyət sahibi bir alim əsl şəriətə müraciət edərsə, ülum və məarif-məaşiyənin (dünyəvi, bəşəri elmlər) dinlə bir müqayərət (uyumsuzluq) təşkil etmədigini görür və daha ziyadə tə`miq (incələmək)  olunursa ülumi-məaşiyənin dini təqviyə (qüvvətləndirmə) etməkdə olduğu aşkar olur. Zira dinin qüvvətli mütədeyyinlərin (dinə bağlı olan) qəvi (güclü, qüvvətli) olmasına, onların qəvi olması sərvət, şan və şövkət sahibi olmağa, bunlar da ancaq ülumi-məaşiyə təhsilinə mənut (bağlı) və mütəvəqqifdir (dayanır).

Yalancı pəhləvanlarda biri çıxar və “nə lisanda olursa olsun, madam ki ülumdan məqsəd təmin eylədigi fəvaiddir, bizcə nə fərq edər: ülumi-nafiə İngilizcə də mövcud, İngilizlər də çoxdan bəri Hindistana hakimdirlər. Hakimi-mümasələt (təmsili idarə) hər halda lazımdır. Milləti-hakimdən faidəmənd olmaq içün kəndi mövcudiyyətimizdən sərfi-nəzər (uzaqlaşmaq) qılalım. Milliyyət qeydindən fəraqət (uzaq durmaq, ayrılmaq) edəlim. Fəna fil-qalib (burada qalib olana tabe olmaq) olalım da, ülum (elmlər) və fünunı (fənlər) fatihlərin lisanı üzrə öyrənəlim, onların lisanını hər mövqedə mürəccih (tərcih etmə, üstün) tutalım, lisani-milli yerinə qullanalım, hətta digər xüsusatda (xüsuslarda) dəxi onları təmsil edəlim” deyərsə, böylələrinə qarşı deyilməlidir ki:

Böylə xəvahiş fatihlər tərəfində vaqe olursa, kibr və qürurun ma-fövqünə (yuxarı, üst) çıxmış, həddi-etidaldan (dözümlülük həddin) aşmış, deyə ehtimal vermək olur, fəqət məhkum böylə bi arzu bəyan edərsə, artıq buna təməllüqdən (yaltaqlıq) başqa bir saiq düşünüləməz. Təbii böylə bir təməllüq zahirən qalibin bilə xoşuna getməz.

Hind örfünün miqdarı az olsaydı, ahadı (avamı) kəndilərini (bəhr u piyə)lər** kimi hər zaman birər qalib qiyafətinə soxmaq istəsə idilər və hər əsrdə bir fatih surətində göstərsinlər, bu bəlkə də mümkün olurdu; gərçi böylə xilafi-həmiyyət və heysiyyət bir hərəkət nəticəsində millətlər içərisində pəst-fitrətliklə (alçaq, zəyif fitrət) yaşar və cinsiyyət nətayici-aliyəsində olan tərəqqiyyati-əzimə (böyük tərəqqi) və füyuzati-aliyyei-insaniyyətində (ali insani keyfiyyətlər) məhrum qalırlar idi. Fəqət hindlilər ikiyüz milyondur. Böylə böyük bir kütlənin kəndiligindən çıxub da, təğyiri-mahiyyət (mahiyyətini dəyişərək) edərək fatihlər kisvəsinə girməsi və lisani-vətəni yerinə əcnəbi bir lisan iste`mal (işlətmə) etməsi təbiətin xilafında bir əmri-məhaldır (imkansız bir işdir). Biləks məsələ bir az daha tə`miq (incələmə) edilirsə, böylə böyük bir kütlənin yüzlərcə fateh və qalibləri məğlub edərək kəndilərindən bir cüz dərəcəsinə endirmələrinin imkan dairəsində oldığı anlaşılır. Böylə böyük millətləri fəth edən qaliblər məğlublarına təməssül (bənzər) edər. Kəndilərindən tarixə keçmək üzrə yalnız bir isim buraxırlar. Nasıl ki Moğollar və başqaları qalib olduqları halda Hindistan kisvəsinə girdilər.

Zənn edilməsin ki biz işbu bəyanatımızla İngiliz lisanının ədəmi-təlimini (təlim edilməməsi) tərvic (artırmaq) ediyoruz. Biləks İngilizcənin bir qaç nöqtei-nəzərdən hindlilərcə öyrənilməsi tərəfdarıyız. Əvvələn Hindistan hökumətənin bir İngiliz hökuməti olduğı və hakimlə rəiyyət meyanında irtibat, ihqaqi-hüquq (hüquqların qorunması) və rəf`i-təəddiyatın (ədalətsizliyin, zülmün ortadan qaldırılması) yalnız rəiyyətlərin hükkamın (idarəçi, hakim) lisanını bilmələrilə qabil ola bildigi içün; saniyən (ikinci)– İngiliz lisanında mövcud bilcümlə ülum və fünuna hindlilərin kəmali-şiddətlə (çox şiddətli) ehtiyacları olduğundan, lisani-məzkurı öyrənərək orada mövcud olan asari-elmiyyə və fənniyyəyi (elm və fən əsərləri) Hind lisanına tərcümə etmək və bu sayədə mədəniyyəti-həqiqiyyə əsası olan məarifi kəndi məmləkətlərində təhkim eyləmək içün; salisən (üçüncü)- İngilizcə bilmədən təriqi-müaməlatın (münasibət, davranış qaydaları) təshil (asanlaşdırılması), ticarət yollarının ihzarı (hazırlanması), millətlərin əhval və adətinə əql ərdirmək, əqvamın səcaya (səciyyə, xarakter) və əxlaqını anlamaq, dövlət və məmləkətlərin tarixlərini öyrənmək güc olduğundan, ingilizcəyi xüsusən, sair əlsinei-əcnəbiyyəyi (xarici dillər) ümumən təhsil edərək təriqi-ticarət (ticarət yolu) və müaməlatı (münasibətləri, qaydaları) tevsi` (genişlətmək) etmək, dünyanın əhvalını öyrənmək surətilə hindistanlıların kəndilərini islah etmələri, başqalarından ibrət alaraq digərlərinə ibrət olmamaları içün (nasıl ki oldular).

Buraya qədər söylədiklərim həm hindistanlılara aid idi. Şimdi milləti-hakimə olan İngilizlərə müraciət ediyorum:

Düvəli-qərbiyyənin (qərb dövlətlərinin) ehtirasatı (ehtirasları) həddini keçmiş, yekdigərlərinə qarşı bəsliyəcəkləri hiqd ü həsəd (nifrət və qısqanclıq) artıqca artmışdır. Yollar gərək qarada və gərək dənizdə olsun aşılmışdır. Rus dövləti qədəminin birini (Mərv) önünə qoymuş, bir əlini də İstanbulun darvazası qarşusuna gətirmişdir. Fransa dövləti Tunusu həzm etdikdən sonra gözlərini Trablus ilə Misirə dikmişdir. Avstriyanın yürəgi Selanik və Qostantiniyyəyə mərbut. Misir və Trablus qitələri İtaliyanın da təm`ini (tamahını) cəlb ediyor. Almaniya bəzən Giriti güdüyor, bəzən də Şam səvahilində müstə`məratə (müstəmləkəcilik) başlıyor. Düvəli-məzzəmə (böyük dövlətlər) Britaniya dövlətini, dünyanın gözəl ərazisi, bəşəriyyətin məhdi-əcnası (soyların beşiyi), müəssisi-mədəniyyət (mədəniyyət təsis edən) Brahmanın paytaxtı, yəni Hindistana malik görüncə həsədləri cuşa gəlür. Yürəklərində atəşi-rəqabət (rəqabət atəşi) iştial (alovlanmaq) ediyor. Binaən-ileyh (ona görə) Hind ərazisini mühafizə etmək üzərə İngilizlər qayət qüvvətli ərbabi-ihtirasın (həvəs, istək sahibləri) amalii-qat` (əməllərinin qarşının alınması), kəndilərinə itminan (rahatlıq) bəxş edəcək qədər mətin və möhkəm vəsailə möhtacdırlar, böylə itminanbəxş (məmnunuyət verici) bir vəsiləyi də qətiyyən nə Cəbəllüttariq, Malta, Qıbrıs (Kipr), Bab əl-Məndəb, Ədən, Suqutra, Kip istehkamati-bəhriyyəsi (dəniz istehkamları), nə də Xeybər dərəsi, Yalan dərəsi və Qəndəhar şəhri istehkamati-bəhriyyəsi təşkil edə bilirlər. Hər bir şüurlu İngiliz məsələyi tə`miq (incələmək) edərsə yabancı bir millətin vəsaili-xariciyyə sayəsində təhti-tabiiyyətdə (tabeliyi altında) saxlanmasının mucibi-əmniyyət (təhlükəsiz) olmadığını anlar. Əvət yalnız istehkamati-təhəffüziyyələrini (qorunma istehkamlarını) hindlilərin qəlblərində inşa etdikləri zamandır ki İngilizlər kəndi mövqelərindən əmin olur və həqiqi bir sükuni-qəlb (qəlb rahatlığı) bulurlar. Bu da ancaq hind lisanının iste`mal edilməsiylə qabil olur. Böylə olursa hindlilər kəndilərilə İngilizilər arasında böyük bir mərbutiyyət (bağlılıq) hasil olduğunu görür, nev`əma (bir qədər) yeni bir cinsiyyət zühur etdigini hiss edərlər. İngilizlər hakimiyyət nöqtei-nəzərindən tətbiq olunan imtiyazlari ilğa (ləğv) ilə hindliləri bilcümlə hüquqda, hətta parlamanda belə:  kəndilərinə müsavi (bərabər, eyni) tutsunlar; əcnəbi olmaq xassəsinə ancaq qalibiyyətin iqtiza etdigi bir müddət qədər imtidad (əlavə vaxt) verməlidir; yoxsa bir insanın yabancı birisinə mə`nus (uyğunlaşmaq) olmayacağı təbiidir. Sonra lazımdır ki İngilizlər ingilizcədən Hind lisanına tərcümə olunacaq ülum və fünunda yerlilərə müavənətdə (yardım) bulunsunlar və bu xüsusda məxsusi cəmiyyətlər təşkil etsinlər. Fünuni-cədidəyi də Hind məktəblərində yerli lisanda tədris etdirməlidirlər. Sənaət (sənət) və ticarəti tərvic (artırmaq) etmək qəsdilə Hindistanda bir çox mədrəsələr təsis etmək də vəzifələrindəndir. Hindliləri kəndiləri kimi görməli bilcümlə təfavüt (fərq) və imtiyazatı qaldırmalıdır. Həqqaniyyət, ədalət, insaniyyət də bunı iqtiza etməkdədir. İngiliz qövminə mənsub olub da kəndi rəiyyətləri meyanında müsavatı-tammə (tam bir bərabərlik) bulundurmayan dövlətlərdən müsavat tələb edən ədalət müddəiləri (iddiaçıları) də bunı istəməkdədirlər. Şəksiz, hindlilər bu kimi məsai`i-cəmilənin (gözəl çalışmaların) səmərəsini taxdıqdan sonra kəndi bəqa (gələcək) və səadətlərini İngilizlərin bəqa və səadətlərində və kəndi izmihilal (çöküş) və fəlakətlərini onların izmihilal və fəlakətlərində bulacaqdır, bir İngiliz kimi İngiliz mənafeini müdafiə edəcəkdir. Böylə olursa Hindistan üzərinə mövcud olan təhlükələr zail (ortadan qalxar) olur, könül istədigi qədər rahat bulur. Hindlilər İngilizlərdən söylədigim asarı (əlamət, nişan) görməzlərsə nasıl olur da onlara mərbut olur, onların faidəsini istərlər? İnsan kəndi faidəsini digərinin faidəsində görməyincə qabil deyil onun faidəsinə çalışmaz; bunun əksini əqli-səlim də qəbul etməz.

Gərək milləti-hakimədən (hakim millət) və gərək milləti-məhkumədən (məhkum millət) olsun, bir taqım kötü nəzərlərin işbu bəyanatıma bir nəzəri-heyrətlə baxacaqlarını iyi bilürəm; fəqət zaman bu sözləri şərh və təfsir edincə ərbabi-zəka (zəka sahibləri) şu sözlərin nə qədər doğrı olduğını əlbətdə təsdiq edəcəkdir.

Bir lisanın lisan əhlinə nə qədər lazım olduğı və bir lisanın nə kimi lüzuma möhtac bulundığı haqqında söyləmək istədiklərim iştə bu qədərdən ibarət idi.

 

*Hindistanda mövcud bir sinif xəlqdir ki kəndilərini Hindistan üməra və üzəması qəyafətinə soxaraq əhaliyi iğfal (aldatmaq) edər ve işbu dolandırıcılıqla əmrari-məişət (məişətərini davam etdirmək) edərlər.

**Dəkkən həvalisində vaqe olan bir taifədir ki təqib etdikləri məslək dini-iqtizası (dini gərəyi) olaraq yol gedərkən qarşılarında bir cizgi görürlərsə oradan keçməz və yoldan çıxaraq digər bir təriqə (yola) saparlar.

0