Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışdan sonra Azərbaycan Ordusuna könüllü yazılanların sayı artıb.
Dövlət başçısının bu çağırışına Fövqaladə Hallar naziri Kəmaləddin Heydərovun oğulları - “Qəbələ” klubunun sabiq prezidenti Tale Heydərov və qardaşı Nicat Heydərov da qoşulub.
Onlar Azərbaycan ordusuna könüllü hərbi xidmətə yazılıblar. Bununla əlaqədar hər iki qardaş fikirlərini də bildirib.