Koronavirusdan sonra modul tipli xəstəxanalar necə istifadə olunacaq?

ÖLKƏ
10:25 / 10.05.2020
1467

“Koronavirus hələ davam edir. Virus heç bir yerə getməyib, heç bir yerə qeyb olmayıb, bizim aramızdadır. Təmaslar nə qədər çox olarsa, virus da o qədər çox yayılacaq”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Modul tiplu xəstəxanaların aktuallığı heç vaxt itməyəcək. Bizim ölkəmiz müharibə şəraitində yaşayır. Amma koronavirus tam başa çatandan sonra, ehtiyac olarsa, modul tipli xəstəxanalar gələcəkdə səhra hospitallarına çevrililə bilər”, deyə TƏBİB sədri bildirib.

R.Bayramlı həmçinin modul tipli xəstəxanaların imkanlarından da danışıb:

“Bu xəstəxanalarda oksigen təchizatı 98 faizdir. Xəstəxanaların digər cəhəti əməliyyat üçün istifadəyə imkan verməsidir”

BAKU.WS

0
Baku.ws