Azərbaycanda daha bir həkim koronavirusdan öldü (FOTO)

ÖLKƏ
10:30 / 18.07.2020
1118

Azərbaycanda daha bir həkim COVID-19-dan dünyasını dəyişib.

Hit.Az-ın Report-a istinadən məlumatına görə, 1 saylı Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloqu Kərəm Yaqubov koronavirusdan vəfat edib.

K.Yaqubovun tanışlarının sözlərinə görə, koronavirus xəstələrini müalicə edən həkim özü bir neçə gün əvvəl təhlükəli infeksiyaya yoluxub. İyulun 10-da onda COVID-19 əlamətləri aşkarlanıb. K.Yaqubov Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib və süni tənəffüs cihazına qoşulub. Vəziyyəti ağırlaşan həkim bu gün vəfat edib. 

0