AzTU-nun dosenti koronavirusdan öldü (FOTO)

ÖLKƏ
10:57 / 18.07.2020
1056

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektronika kafedrasının dosenti Oqtay Sadıqov vəfat edib.

Hit.Az xəbər ki, bu barədə universitetin mətbuat katibi Sevinc İsgəndərova məlumat yayıb.

Məlumata görə, dosent koronavirusdan dünyasını dəyişib.

"AzTU kollektivi Oqtay Sadıqovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına səbir diləyir. Allah rəhmət eləsin!", - S.İsgəndərova qeyd edib. 

Qeyd edək ki, pedaqoqun 66 yaşı var idi.

0