Atamla gün ərzində 1 dəqiqə danışa bilirdik- Şəhid polkovnikin oğlu (VİDEO)

16:10 / 18.07.2020
974

Tovuz istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə həlak olan Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyevin oğlu AZTV- nin "Çıxışa doğru" verilişinin qonağı olub.

Hİt.AZ xəbər verir ki, şəhid polkovnikin oğlu atası ilə olan son danışıqlarından bəhs edib:

"Atamdan gələn məlumatları, ümumuliyyətlə döyüşdən gələn məlumatları etibarlı mənbədən almağa çalışırdım. Xəbər saytlarına baxsam da, əsas Müdafiə Nazirliyinin xəbərlərini izləyirdim. Bir də kənardan deyil, atamdan zəng gözləyirdim. Bu həm aprel döyüşlərində, həm də Tovuz döyüşlərində belə oldu. Tovuda gərginlik olan zaman atam bizi nigaran qoymamaq üçün 24 saat ərzində maksimum 1 dəqiqə danışa bilirdi".


 

0