Daxili qoşunların keçmiş polkovniki vəfat edib

ÖLKƏ
12:49 / 19.07.2020
1284

Azərbaycan Respublikası Daxili Qoşunlarının keçmiş zabiti, polkovnik Sabir Aşurov vəfat edib.

Bu barədə özünün “facebook” səhifəsində “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli yazıb.

“İmtahandayam. Ard-arda 10 il əl-ələ, könül- könülə el-oba adına, millət adına könül verdiyimiz böyük kişiləri itirdim.

Abbas Abdulla, Həsən Qurbanov, Dərviş Osman. Bu gün isə Sabir Aşurov. Ağır itkilərdir. Hər biri bir sütun idi. Mənə ağır olduğunu anlayıram. Mən bunları şəhid adlandırıram. Son nəfəslərinə qədər el-oba, millət dedilər. Amma həyat davam edir. Millətimiz çox zəngindir. Onların davamçıları hökmən olacaq. Ruhları şad olsun. Qalanlar var olsun. Allah haqq yolunda olanlara yar olsun”-deyə, Zəlimxan Məmmədli yazıb.

Qeyd edək ki, mərhum polkovnik daxili qoşunların yaranmasında böyük oynamış zabitlərdən olub.

1
Cebhe.info