Rəssam Səbuhi Məmmədov “Facebook” sosial şəbəkəsində canlı yayımda Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun portretini yaradıb.
Rəssamın bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Səbuhi Məmmədov Şəki Uşaq İncəsənət məktəbinin müəllimidir.
Azvision.az