Metronun fəaliyyəti nə vaxt bərpa olunacaq? – AÇIQLAMA

ÖLKƏ
18:37 / 20.07.2020
1437

Nazirlət Kabineti yanında Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin 2020-ci il 5 avqust saat 06:00-dək uzadılmasına qərar verib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Qazet.az-a açıqlamasında Nazirlər Kabinetinin qərarına əsasən avqustun 5-nə qədər metropolitenin sərnişindaşıma fəaliyyəti göstərməyəcəyini bildirib.

“Hazırda sərnişindaşıma fəaliyyəti dayandırılsa da bizim əsas vəzifəmiz metronun infrastrukturunu indiyə qədər necə qoruyub saxlamışıqsa, o səviyyədə qoruyub saxlamaqdır. Bununla bağlı hər bir sahə üzrə müvafiq qərarlar verilib. Bundan əvvəl də metropoliten 38 gün işləməmişdi. Nazirlər Kabinetinin işin təşkili və tənzimlənməsi ilə bağlı başqa qərarları da var. Bütün qərarlara ciddi şəkildə əməl etmək şərti ilə metodiki göstərişlərin də tələblərinə uyğun olaraq, metropoliten infrastrukturunun sağlam vəziyyətdə qorunub saxlanılması ilə bağlı bütün lazım olan tədbirlər görülüb”, – deyə B. Məmmədov əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin 2020-ci il 5 avqust saat 06:00-dək uzadılmasına qərar verib.

0