Rusiya bu dənizə nəzarət üçün məxfi sistem hazırlayır

ÖLKƏ
19:27 / 20.07.2020
883

Rusiya Qara dənizin dibində yeni hidroakustik sistemləri tətbiq etməklə sualtı vəziyyəti işıqlandırılmağa cəhd edir və bunun üçün məxfi sistem hazırlığı aparır.

Bu məlumatı Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Sergey Qayduk deyib.

Qayduk Rusiyanın bununla Qara dəniz akvatoriyasında total nəzarəti təmin etməyə çalışacağını bildirib.

O, Rusiyanın bunun üçün xüsusi qurğunu kosmosda da yerləşdirəcəyini söyləyib. Eks-komandan Rusiyanın məxfi silahı “Türk axını” və “Mavi axın” kəmərlərində yerləşdirəcəyini də ehtimal etdiyini deyib.

0
Axar.az