“Mənə deyirlər ki, Bakıdan rayonlara yol açılsa gedib evdə oturacaqlar. Bu, mümkün deyil”.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə deyib.
O qeyd edib ki, istənilən halda rayona getmək riski artırır: “Mənim də ailəm istəyir ki, rayonlara gedək. Vəziyyəti nəzarət altına alan kimi ən birinci Bakıdan rayonlara gedişi açacağıq”.
“Qafqazinfo”