Bakı yollarının yeni kabusu - moped sürücüləri (VİDEO)

11:39 / 21.07.2020
1230

Son bir neçə ayda Bakıda kuryerlərin ölümü və ya ağır yaralanması ilə nəticələnən bir sıra yol-nəqliyyat qəzalar baş verib.

Moped, motosiklet və velospidelərdən istifadə edən kuryerlər həm öz canlarını, həm də başqalarının həyatını təhlükəyə atırlar. Bu cür hadisələrin son aylarda daha da artması koronavirus pandemiyası ilə bağlıdır. Belə ki, paytaxtda fəaliyyət göstərən restoranların, mağazaların onlayn satışa keçməsi kuryer xidmətinə təlabatı artırıb. Bu isə kuryerlərin sayının dəfələrlə artması deməkdir.

“Report” problemlə bağlı həm moto sürücüsü həm nəqliyyat üzrə ekspertin fikirlərini öyrənib:

 

0