Toya gələn qonaqlar polis şöbəsinə aparıldı və... 

18:48 / 21.07.2020
968

Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində yerləşən Aslan Hacıağayeva məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində toy mərasimin keçirliməsinin qarşısı alınıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən HİT.Az-a verilən məlumata görə, müvafiq polis şöbəsinin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub və saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

0