Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 22 iyul - Milli Mətbuat günü münasibəti ilə paylaşım edib.
HİT.Az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:
"Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!"