Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI

22:44 / 22.07.2020
1163

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 22-nə olan statistik göstəriciləri açıqlayıb.

HİT.Az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 7805 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 322 nəfər reanimasiyada, 65 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 28 633 nəfər virusa yoluxub, 20 443 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 8221 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 649 953 test aparılıb.

Qeyd edək ki, bu gün 391 koronavirusa yoluxma faktı qeydə alınıb, 9 nəfər dünyasını dəyişib, 504 nəfər sağalıb.

0