Azərbaycanda uşaq bağçalarının yaxın vaxtlarda açılacağı barədə valideynlərə ismarışlar göndərilir.
HİT.Az-ın əldə etdiyi məlumata görə, bu haqda bəzi dövlət təlim-tərbiyə müəssisələrinin tərbiyəçiləri tərəfindən valideynlərə xəbərdarlıq edilir.
Onlara bildirilir ki, uşaq bağçalarının açılmasına az vaxt qalıb, hazırlıq gedir. Amma bu mesajların nə dərəcədə həqiqətə uyğun olmasıməlum deyil. Çünki ölkədə avqustun 5-dək sərt karantin rejimi, 31-nə kimi isə xüsusi karantin rejimi elan edilib.
Məktəblərin və bağçaların nə vaxtdan fəaliyyətə başlayacağı haqda rəsmi açıqlama verilməyib.