Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

ÖLKƏ
20:12 / 23.07.2020
956

Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar bu gecədən ərazidə hərəkət məhdudlaşdırılacaq.

 Bu barədə HİT.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  bildirilib.

Məlumata görə, məhdudlaşdırma təmir işləri bitənə qədər qüvvədə olacaq. 

 “Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - deyə qurum bəyan edib. 

0