ECMO cihazına qoşulan həkimin vəziyyəti ağırdır - Açıqlama

ÖLKƏ
10:28 / 24.07.2020
1049

“Həkim Cavid Paşayevin vəziyyəti stabil ağır olaraq qalır”.

HİT.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Gömrük Hospitalından məlumat verilib. 

Bildirilib ki, Cavid Paşayev hazırda ECMO və süni tənəffüs aparatlarına qoşulu vəziyyətdədir:

“Hemodinamika stabildir. Saturasiyası 90-98 faizdir. Xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur. Laborator göstəricilərdə və ağciyərlərin rentgenoloji müayinəsində müsbət dəyişikliklər qeydə alınır”.

0