Rəşad Atakişiyevə mahnı həsr olundu: Bu dünyaya bir də gəl - VİDEO

ÖLKƏ
19:16 / 24.07.2020
1611

Xəbər verdiyimiz kimi, iyulun 24-də Hərbi Hava Qüvvələrinin "MİQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatının 1 il ötür.  

Məhz bu məqsədlə Rəşad Atakişiyevə yeni mahnı və klip həsr olunub. Sözügedən mahnını Xalq artisti Fidan Hacıyeva ifa edib. “Yolun düşsə, bu dünyaya bir də gəl” adlı əsərin müəllifi Aytən Oqtayqızıdır.

Mərhum pilotun həyat yoldaşı Könül Hüseynova açıqlamasında bildirib ki, Rəşad özü də Fidan Hacıyeva yaradıcılığını sevirmiş: “Tale elə gətirdi ki, onun haqda mahnını da Fidan xanım ifa etdi. Bütün maliyyə xərclərini Fidan xanım öz üzərinə götürdü, təşəkkür edirəm”.

“Bunu hər kəs edərdi. O bizə görə canından keçib. Bu, hər birimizin borcudur. Əsəri bütün şəhidlərə həsr edirik” , - deyə Fidan Hacıyeva layihə haqda danışıb.

Qeyd edək ki, 2019-cu il iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.

1
Qafqazinfo.az