Azərbaycanda “Mercedes” 38 yaşlı velosipedçini vurub öldürdü

ÖLKƏ
11:59 / 24.07.2020
920

Masallıda maşın 38 yaşlı velosipedçini vuraraq öldürüb.

HİT.Az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Boradigah qəsəbəsində qeydə alınıb.

24 yaşlı Mahir Vəlizadənin idarə etdiyi “Mercedes” markalı avtomobil yolun kənarında olan velosipedçi, 38 yaşlı Elnur Zülfüqarovu vurub. Yaralı ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılan zaman yolda ölüb.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

0