Fazil Məmmədovun federasiyası “başsız qalıb”

ÖLKƏ
12:32 / 24.07.2020
1641

Sabiq vergilər naziri Fazil Məmmədov rəhbəri olduğu Azərbaycan Velosiped Federasiyasını yaddan çıxarıb.

HİT.Az xəbər verir ki, Unikal.org-un  əldə etdiyi məlumata görə, sabiq nazir Velosiped Federasiyası ilə maraqlanmır.

Bildirilir ki, F.Məmmədov son bir neçə ildə Federasiyaya bir dəfə də  getməyib.

Federasiyanın rəsmi rəhbəri F.Məmmədov olsa da, qurum vitse-prezident Sahib Ələkbərov tərəfindən idarə edilir.

Qurumdakı maliyyə məsələlərinə isə S.Ələkbərov nəzarət edir.

0