Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndi koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tam təcrid olunub.
“Report”un yerli bürosu xəbər verir ki, kəndə giriş-çıxış bağlanıb.
Digər iki kənd – Qaratəhlə və Ağtəhlə kəndləri ilə bağlı analoji qərar hələ qəbul olunmayıb.
Qeyd edək ki, son günlər Qardabaninin kəndlərində COVID-19-a yoluxma halları artıb.