Bu gün bu şəhər və rayonlarda ictimai nəqliyyat İŞLƏMİR

ÖLKƏ
09:09 / 25.07.2020
794

Bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq edilir.

HİT.Az-ın məlumatına görə, ictimai nəqliyyatın hərəkəti 27 iyul saat 06:00-dək tam dayandırılacaq.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti 4 iyul saat 00:00-dan 5 avqust saat 06:00-dək dayandırılıb. 

0