Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
HİT.Az-ın məlumatına görə, bu barədə həkim Ramil Həsənli “facebook”da məlumat yayıb.
Onun sözlərinə görə, cərrah mama-ginekoloq Valiyə Peykər koronavirus səbəbindən vəfat edib.
Bununla da Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 25 nəfərə çatıb.