Hakerlərimiz irqçi erməni saytını dağıtdı

13:30 / 26.07.2020
1213

İrqçiliklə məşğul olan məşhur erməni qəzetinin saytı azərbaycanlı haker komandası tərəfindən dağıdılıb.

Hit.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "FF-AZE.org" adlı komanda özü məlumat yayıb.

Haker komandamız tərəfindən dağıdılan saytın bütün bazası silinib. Hazırda sayta daxil olmaq mümkün deyil.

"FF-AZE.org" dağıdılan saytın son zamanlarda üçüncü ölkələrdə yaranmış münaqişələrdə ölkəmizi və rəsmi Bakını günahlandırdığını bildirib. Saytın ana səhifə bölümündə şüar kimi "Türklərlə mübarizə aparmadığımız bir gün belə olmamalıdır" yazısı qeyd olunub.

Qeyd edək ki, Azərbaycan diasporu bir müddət öncə Rusiya ermənilərinin "Yerkramas.org" saytı haqqında Moskva prokurorluğuna şikayət edib. Diaspor prokurorluğa ərizə yazaraq səhifənin irqçiliklə məşğul olduğunu, məsələyə baxılmasını qeyd edib.

0