Təcili Yardım stansiyasının həkimi koronavirusdan öldü - FOTO

ÖLKƏ
16:18 / 26.07.2020
1482

Sumqayıt Şəhər Təcili Tibbi Yardım stansiyasının həkimi Xasay Bayramov məlum koronavirus səbəbindən bu gün vəfat edib.

HİT.Az xəbər verir ki, həkim-pediatr Xasay Bayramov 17 gün Bakıdakı xəstəxanalardan birində müalicə alırmış. 



Onun bir neçə gün əvvəl vəziyyətinin yaxşılaşdığı bildirilib. Ancaq X.Bayramovun səhhəti bu gün qəfildən ağırlaşıb. 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

0