"Beynəlxalq Bank"ın bu ərazidə olan bankomatları "yoxa çıxıb"

ÖLKƏ
16:29 / 27.07.2020
1150

Bakının Yasamal rayonu və Yeni Yasamal yaşayış massivində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus bankomatların sayı azaldılıb.

HİT.Az xəbər verir ki, bu ərazidə yaşayan vətəndaşlardan “MediaPost”a verilən məlumata görə, bir çox ünvanlarda əvvəllər mövcud olan ATM-lər artıq götürülüb. Bura Yasamal rayonu “ASAN xidmət” mərkəzi (Abbas Mirzə Şərifzadə küçəsi), “Günəş petrol” yanacaqdoldurma məntəqəsi (Əsəd Əhmədov küçəsi), Qismət şadlıq sarayı (Yeni Yasamal, M. Xiyabani küçəsi) yaxınlığında və digər ərazilərdə olan bankomatlar daxildir. 

Sakinlərin sözlərinə görə, bankomatların olmaması bankın müştərilərinin müvafiq əməliyyatların aparılması ilə bağlı daha çox məsafə qət etmək məcburiyyətində qalmasına səbəb olur. 

0