Araz Əlizadə koronavirusa yoluxdu - Xəstəxanaya yerləşdirildi

ÖLKƏ
17:22 / 27.07.2020
3054

Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə koronavirusa yoluxub.

HİT.Az APA-ya istinadən məlumat verir ki, A.Əlizadə "Yeni klinika"ya yerləşdirilib.

Onun həyat yoldaşı da COVID-19-a yoluxub. 

Keçmiş deputatın köməkçisi olmuş Günel Babayeva APA-ya açıqlamasında faktı təsdiqləyib. G. Babayeva bildirib ki, A. Əlizadənin vəziyyəti stabildir, müalicəsi "Yeni klinika"da davam etdirilir. A. Əlizadənin həyat yoldaşının vəziyyəti isə yaxşıdır, sabah evə buraxılması gözlənilir. 

1