Bayram günlərində ictimai nəqliyyat işləyəcəkmi?

ÖLKƏ
08:50 / 28.07.2020
1730

Nazirlər Kabinetinin qərarına əsasən 2020-ci il 25 iyul saat 00:00-dan 2020-ci il 27 iyul saat 06:00-dək, 2020-ci il 1 avqust saat 00:00-dan 2020-ci il 3 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Qurban bayramı ilə əlaqədar iyulun 31-dən avqustun 3-dək qeyri-iş günləridir. Avqustun 1-i və 2-də sərt karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Bəs görəsən, sərt karantinin rejiminin tətbiqi ilə əlaqədar ictimai nəqliyyatın hərəkətində fasilə avqustun 3-də də davam etdirilə bilərmi?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev hazırda belə bir qərarın olmadığını bildirib. O qeyd edib ki, bu Operativ Qərərgahın qərarından asılı olacaq.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Qurban bayramı ilə əlaqədar tədbirlər planı hazırlanır.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarına əsasən 2020-ci il 25 iyul saat 00:00-dan 2020-ci il 27 iyul saat 06:00-dək, 2020-ci il 1 avqust saat 00:00-dan 2020-ci il 3 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

0
Sputnik.az