Qarşıdakı bir həftə ərzində Mədəniyyət Nazirliyində ciddi kadr islahatlarının aparılacağı gözlənilir.
HİT.Az xəbər verir ki, “MediaPost”un məlumatına görə, iyulun 20-də qurumun rəhbər vəzifəsini müvəqqəti icra edən Anar Kərimov artıq nazirliyin bir sıra yüksək vəzifəli şəxslərinin məzuniyyətə çıxmaqları barədə tapşırıq verib.
Belə ki, məzuniyyətdən sonra onların bəzilərinə başqa vəzifənin təklif ediləcəyi və ya işdən azad olunacaqları gözlənilir.
Sabahdan məzuniyyətə göndərilənlər arasında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayevin də olduğu bildirilir.
Qurban bayramından sonra sözügedən qurumda ciddi dəyişikliklərin aparılacağı istisna edilmir.