Gəncədə karantin qaydalarını pozanlar cəzalandırıldı - 12 nəfər həbs edildi

ÖLKƏ
23:24 / 28.07.2020
1000

Gəncədə karantin rejiminin qaydalarini pozan şəxslər müəyyənləşib.

Araşdırmalar zamanı 5029 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb. Daxili işlər nazirliyindən verilən məlumata görə, onlardan 5014-ü İnzibati Xətalar Məcəlləsinin Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsi ilə cərimə ediliblər. 12 şəxs barəsində inzibati həbs seçilib.

Qeyd edək ki, barəsində inzibati tədbir görülən şəxslərdən bəzisi iaşə obyektlərinin sahibləridir.

 

0