Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubu II Bundesliqanın XXVI turunda "Sandhauzen"i qəbul edir.
"Report"un məlumatına görə, artıq görüşdə hesab açılıb. Nazarov 5-ci dəqiqədə penaltidən vurduğu qolla komandasını önə keçirib.
Rəqibin heyətində isə Dennis Dikmeyer qırmızı vərəqə alaraq meydançanı tərk edib.
Qeyd edək ki, Aue təmsilçisi 25 turdan sonra 34 xalla 8-ci pillədədir.