İsveçdə yaşayan soydaşımız koronavirusdan vəfat etdi.
Bu barədə İsveçdə yaşayan soydaşımız Teymur Eminbəyli məlumat verib.
Onun sözlərinə görə, dünyasını dəyişən şəxs 60 yaşlı Məhərrəm Hüseynovdur. Əslən Salyan rayonundandır və 2004-cü ildən İsveçdə məskunlaşıb. M. Hüseynovun tikinti firması olub.
T.Eminbəylinin dediyinə görə, M. Hüseynov 2 aya yaxın idi ki, COVİD-19 virusundan xəstəxanada müalicə alırdı. Vəziyyəti ağır idi və ötən gecə dünyasını dəyişib.
Ölkə.Az