Bu rayonlarda yoluxma artıb
TƏBİB-in koronavirusinfo.az saytına təqdim etdiyi son statistikaya əsasən, bəzi bölgələrdə koronavirusa yoluxma hallarında artımlar və Bakıda isə azalma müşahidə olunur.
HİT.Az xəbər verir ki, bu dəfə bölgələr arasında ən çox yoluxma halı Aran bölgəsində (8,7%) müşahidə olunur.
Digər regionlara nəzər saldıqda isə Gəncə-Qazax 6,9%(azalma), Lənkəranda 4,6%(azalma), Quba-Xaçmazda 2%(artım), Şəki-Zaqatalada 1,5% (artım), Dağlıq Şirvanda 1,6% (artım), Yuxarı Qarabağda 0,9% (azalma) yoluxma faktı müəyyən olunub.
Bakı və Abşeron yarımadasına nəzər saldıqda paytaxatda yoluxma faizində azalmanın olduğu görünür: Belə ki, yoluxma faizi 57-dən 56,5-ə düşüb.
Abşeronda isə 16,5%-lik yoluxma halı müşahidə olunur.
Naxçıvanda isə yoluxma faktı qeydə alınmayıb: 0,0%