Baş Prokurorluğun nümayəndələri BMT-nin videokonfransında 

ÖLKƏ
18:01 / 30.07.2020
848

İyulun 29-da Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya regionu üçün 2021-2025-ci illəri əhatə edən yeni proqramının müzakirəsinə həsr olunmuş videokonfrans formatında görüş keçirilib.

HİT.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verib.

Görüşdə Mərkəzin nümayəndəsi Aşita Mital və Azərbaycan Respublikası Baş Prokurorluğu, o cümlədən  Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Toğrul Muxtarov iştirak edərək korrupsiya, çirkli pulların yuyulması, qanunsuz narkotik dövriyyəsinin və digər transmilli xarakter daşıyan cinayətlərə qarşı mübarizə sahələrində müəyyən edilən prioritetlər barədə tədbir iştirakçılarını məlumatlandırıb, proqram çərçivəsində əməkdaşlıq perspektivlərinə dair səmərəli fikir mübadiləsi və müzakirələr aparılıb.  

0