Bakının mərkəzində soyunub gölə girdilər (VİDEO)

ÖLKƏ
17:25 / 16.05.2020
1555

Bakıda xüsusi karantin rejiminin qüvvədə olmasına və parklara girişin qadağan edilməsinə baxmayaraq gün ərzində bir çox park və bağlarda insanların istirahət etdiyini görmək olar.

Belə ki, Nərimanov rayonu ərazisində yerləşən Dədə Qorqud parkına gələn bir qrup yeniyetmə isə daha da irəli gedərək oradakı gölə tullanıblar. Belə ki, paltarlarını soyunub gölə tullanan yeniyetmələr havanın hələ tam istiləşməməsinə baxmayaraq soyuq suda çimiblər.

Qeyd edək ki, müvafiq qərara əsasən Bakıda əhalinin parklara girişinə mayın 18-dən icazə veriləcək.

Ərazidən çəkilmiş videonu təqdim edirik.

0
Publika.az