"Karantin qaydalarına riayət olunmasa ikinci dalğa qaçılmaz olacaq"

DÜNYA
16:25 / 30.07.2020
1117

Ekspertlər Britaniyada koronavirusun ikinci dalğasının başlayacağından narahatdırlar.

Onların fikrincə, karantin qaydalarına riayət edənlər azalsa, ikinci dalğa qaçılmaz olacaq.

Son günlərdə Mançester və Lester şəhərlərində yoluxma sayının artması da bunu deməyə əsas verir.

Bu səbəbdən də hökümət karantin qaydalarının gücləndirilməsi üçün hərəkətə keçib. Belə ki, İngiltərədə nəzarət zəifləmiş, xüsusən də yoluxma hallarının artdığı bölgələrdə nəzarəti artırmaq üçün hərbçilər gətirilib. Onlar şəhərin müxtəlif yerlərində gəzərək insanları koronavirusla bağlı məlumatlandırıb, qaydaları pozan şəxsləri tənbehləyəcəklər.

Qeyd edək ki, Britaniya uzun müddət karantin rejimi tətbiq edən ölkələrdən biridir. Burada yumşalma prosesi ötən ayının əvvəlində başlayıb, sonradan ancaq yoluxma halları çox olan bölgələrdə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

Britaniya koronavirusa yoluxanların sayına görə ilk onluqdadır. Bu ölkədə 300 mindən çox insanda koronavirus testinin nəticəsi müsbət çıxıb. 46 minə yaxın insan bu virus səbəbindən dünyasını dəyişib. Lakin mətbuatda yayılan xəbərlərə görə, bu ölkədə koronavirusdan ölənlərin sayı azaldılır.

Koronavirus infeksiyası ötən ilin noyabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Milli.az