Baş nazir və nişanlısı kafeyə buraxılmadı

DÜNYA
01:15 / 17.05.2020
1572

Yeni Zelandiyanın Vellinqton şəhərində ölkənin Baş naziri Casinda Arderni və onun nişanlısını kafeyə buraxmayıblar.

Bu barədə "New Zealand Herald" qəzeti məlumat yayıb. Bildirilib ki, Yeni Zelandiyada koronavirusun yayılması ilə əlaqədar tətbiq olunan qaydalara əsasən, kafelərdə adam sayının normadan artıq olmasına icazə verilmir.
Kafenin işçiləri yalnız yerlərdən biri boşaldıqdan sonra Baş nazir və nişanlısını içəri dəvət ediblər. Kafenin sahibi məlumatı təsdiqləyib və bildirib ki, onlar hər kəsə vəzifəsindən asıllı olmayaraq eyni yanaşırlar.

0
Azvision.az