Parlament ayın 5-də niyə toplanır? - Neft 35 dollara...

İQTİSADİYYAT
21:13 / 31.07.2020
4935

Avqust ayının 5-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.

“İclasın gündəliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələrində, “Məşğulluq haqqında” Qanunda, “İşsizlikdən sığorta haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı məsələlər daxil edilib”, - deyə məlumatda bildirilir.

Dəyişikliklər çərçivəsində dövlət büdcəsində bir barel neftin baza qiymətinin 35 dollaradək azaldılması planlaşdırılır.

Hazırda dövlət büdcəsində bir barel neftin qiyməti $55 məbləğində müəyyən edilib.

2020-ci il dövlət büdcəsində gəlirlər üzrə proqnoz 24 milyard 134,5 milyon manat, xərclər üzrə proqnoz 26 milyard 894,7 milyon manat, kəsir üzrə proqnoz 2 milyard 760,2 milyon manat (ÜDM-nin 3,3%-i) təşkil edir.

6