“Qarabağ” “Neftçi\"ni məğlub etdi

22:08 / 31.07.2020
1163

Avrokubokların 2020/21 mövsümünə hazırlaşan Azərbaycan klublarını iştirakı ilə daha bir yoxlama oyunu keçirilib.

Hit.Az xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışında olan “Qarabağ”la “Neftçi” üz-üzə gəlib.

Ölkənin iki ən titullu komandasının duelinin taleyini bir qol həll edib. Bədavi Hüseynovun vurduğu top Ağdam təmsilçisinə minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, bunadək “Qarabağ” “Keşlə” (3:1) və “Sabah”la (1:2), “Neftçi” isə “Sumqayıt”la (3:0) üz-üzə gəlib.

Yoxlama oyunu
31 iyul
19:30. “Qarabağ” – “Neftçi” – 1:0
Bədavi Hüseynov

0