Doğum evinə çevrilmiş tarixi abidə - VİDEO

ÖLKƏ
13:10 / 01.08.2020
1120

Qubanın dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki bir bina görünüşünə görə digərlərindən fərqlənir. Bina bir vaxtlar yaşayış evi olub, sonra doğum evi kimi istifadə olunub, indi isə tarixi tikili hesab olunur. İki mərtəbədən ibarət bu tarixi tikili Avropa memarlıq üslubunda inşa edilib. XIX əsrə aid bina yəhudi əsilli milyonçuya məxsus olub.

Baku TV xəbər verir ki, binanın üzəri uşaq şəkilli freskalarla bəzədilib.

Belə freskalara tikilinin içərisində də rast gəlinir. Ondan çox otağın olduğu binada sobalar və sütunların üzəri əl işləri ilə bəzədilib. 150-dən çox yaşı olan tikili daha sonra dövlət müəssisələrinin balansına verilib.

İllər öncə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində doğum evi, sonradan qadın məsləhətxanası kimi də fəaliyyət göstərib.

2001-ci ildən isə doğum evi tarixi abidə kimi dövlət qeydiyyatına alınıb və mühafizə olunur.

 

0