İyulun 30-da Sumqayıt şəhərində, dənizin nəzarətsiz ərazisində batan şəxslərdən birinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Hİt.Az-a verilən məlumata görə, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir.