Tanınmış telejurnalist Rüstəm Əbülfətoğlu millət vəkili Erkin Qədirlini tənqid edib.
Telejurnalist deputatı bəzi məqamlarda qınayıb. Həmin statusu təqdim edirik.
“Mən Erkin müəllimi şəxsən tanımıram. Sözsüz görünən odur ki, son dərəcə səmimi insandır. Lakin məncə ən zəif nöqtəsi elə iddiasız olmasıdır. Müəllim 1 qəzetlik statusunu bir cümlə ilə də səlist izah edə bilərdi ki, rüşvət almır, almayıb və yəqin ki, almayacaq da… Lakin başqa tərəfdən yaxşı həyat üçün mütləq rüşvət almaq lazımdırmı? Şəxsən məndə bu status bir az da vicdanla normal pul qazanan insanlara qarşı çıxış, normal yaşamaq istəyinin sanki günah olması hissini yaratdı.
Eyni zamanda cənab Qədirlinin özünün haradasa bacarıqsızlığı sualı ortaya qoyulur. Çünki Azərbaycanda rüşvət almadan da kifayət qədər yaxşı pul qazanmaq mümkündür. Sadəcə çox adam məhz REAL əziyyətə qatlanmaq istəmir. Şəxsən mən 2007 ci ildə ANS-dən gedəndə ölkədə ən çox maaş alan jurnalistlərdən biri idim-1500 manat. Amma az sonra bu əmək haqqını rahatlıqla öz əməkdaşlarıma verə bildim. Heç bir rüşvət almadan, hər kəs üçün yeni olan turizm sektorunda şəxsi biznesim sayəsində… Birdə millət vəkili nə üçün belə mövzularda fikirlərini az qala Cəbiş müəllim kimi “mən sabun bişirməyəcəm” formatında çatdırmalıdır? Sonra qaranlıq evdə oturmaq, hər şeydən özünü məhrum edərək bir növ müasir dərvişlik məncə həm də ciddi psixoloji problemdir.
Bir də özü yaxşı yaşamaq istəməyən millət vəkili vətəndaşın yaxşı yaşaması üçün necə mübarizə apara bilər?!”